Bakıda “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib

Qafar Ağayev16:18 - 16 / 06 / 2022
Bakıda “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib

İyunun 16-da Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Azərbaycan, Rusiya, Qazaxıstan və İran nümayəndə heyətlərinin iştirak etdiyi konfransda “Dəniz kuboku" müsabiqəsinə hazırlıqla bağlı məsələlər və görüləcək işlər müzakirə olunub. Sonra müsabiqənin keçiriləcəyi təlim-tədris kompleksinə baxış keçirilib.

Qeyd edək ki, "Dəniz kuboku" müsabiqəsinin cari ilin avqust ayında keçirilməsi planlaşdırılır.

Paylaş:
340

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər