Şabranda 25 yaşlı gənc öldürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şabranda 25 yaşlı gənc öldürülüb

Qafar Ağayev09:41 - 16 / 06 / 2022
Şabranda 25 yaşlı gənc öldürülüb

Şabran sakini küçədə qətlə yetirilib.

Şabran Rayon Prokurorluğundan 1news.az-a verilən məlumata görə, hadisə iyun 15-i saat 23 radələrində baş verib. 1997-ci il təvəllüdlü Orxan Əliyevin Şabran rayonu ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 2001-ci il təvəllüdlü Teymur Cəfərzadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Orxan Əliyevə çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Teymur Cəfərzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Paylaş:
232

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər