Azərbaycanlı jurnalistin məqaləsi Əlcəzair, İraq və Misir mətbuatında yayımlanıb

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, gənc jurnalist Aydın Tağıyevin müəllifi olduğu məqalə Ərəb mətbuatında geniş işıqlandırılıb.
1news.az xəbər verir ki, müəllifin “Böyük xilaskarlıq qayıdışı - Azərbaycanın taleyini dəyişən tarix” adlı məqaləsi yerli mətbuatla yanaşı, bir neçə nüfuzlu ərəbdilli media orqanlarında da dərc edilib. Belə ki, Əlcəzairin nüfuzlu “alharir.info” informasiya agentliyi, İraqın yerli “agnaden.net”, Misirin tanınmış “wwnewss.com” saytları məqaləni geniş işıqlandırıb.
Müəllifin məqaləsi 15 İyun Milli Qurtuluş Gününə həsr edilib. Məqalədə Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin xilaskarlıq misiyasından bəhs edilir. Müəllif qeyd edir ki, Ümummilli liderin hakimiyyətə qayıtması ilə Azərbaycanda uzun illər davam edən gərginlik və qarşıdurma səngiyib, ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub. Həmçinin məqalədə müdrik siyasətin uğurlu nəticələri, bu gün milli qurtuluş ideologiyasının təntənəsinin müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verməsi, Azərbaycanın dünyada artan nüfuzundan da söz açılır.
Qeyd edək ki, bu, həmyerlimizin xaricdə yayımlanan ilk məqaləsi deyil. Bundan əvvəl də azərbaycanlı jurnalistin müstəqil Azərbaycan, Qarabağ həqiqətləri, ölkəmizin əlamətdar günləri, o cümlədən tarixi şəxsiyyətləri haqqında yazdığı məqalələri qardaş Türkiyə, Gürcüstan, Moldova, İraq, Rumınya, Misir, Əlcəzirə, Cənubi Koreya kimi ölkələrin tanınmış xəbər saytlarında işıqlandırılıb.
Eyni zamanda, Aydın Tağıyev müharibə dövründə yazılan ilk "Zəfər marşı"nın müəllifi, "Qarabağ həqiqətləri 1992-2020" video layihəsinin, 100-ə yaxın araşdırma məqalələrinin, “Vətən” şeirinin və “Fədakarlar bir amalın uğrunda” kitabının müəllifidir.
Məqalənin xarici mediada yayımlanan linklərinə buradan keçid edə bilərsiniz:
https://alharir.info/عودة-الخلاص-العظيم-تاريخ-غيّر-مصير-أذ/
https://wwnewss.com/?p=36283&fbclid=IwAR1XmgZLCyK3XXX0aBUCBaJNeptLF0zJR5rEvxLC_X7j5k-w3nPmENG1Xq4
1news.az