Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində iki avtomobil toqquşub | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində iki avtomobil toqquşub

14:19 - 17 / 06 / 2022
Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində iki avtomobil toqquşub

İyunun 16-da saat 5 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Şəmkir rayon sakini A.Aslanovun idarə etdiyi “Ford Transit” və paytaxt sakini E.Ağayevin sürdüyü “Mercedes” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, hadisə nəticəsində A.Aslanovun sərnişini, Kürdəmir rayon sakini Yolçu Əhmədov hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

1news.az

Paylaş:
195

Son xəbərlər

Bütün xəbərlər