Samsung Galaxy A33, A53 və ya A73? Yeni A seriyasından hansı modeli seçməli? | 1news.az | Xəbərlər
Cəmiyyət

Samsung Galaxy A33, A53 və ya A73? Yeni A seriyasından hansı modeli seçməli?

Qafar Ağayev14:45 - 17 / 06 / 2022
Samsung Galaxy A33, A53 və ya A73? Yeni A seriyasından hansı modeli seçməli?

Artıq bir neçə ildir ki, Samsung-un A seriyası istifadəçilərin favoritinə çevrilərək, ən sevilən cihazlar arasında yer almışdır.

Seriya münasib qiyməti və Samsung məhsullarının davamlı keyfiyyətini çox uğurla özündə birləşdirir. Galaxy A33, A53 və A73-ü müqayisə edərkən gözə çarpacaq fərqi yalnız sonuncuda görmək mümkündür.

Belə ki, Samsung Galaxy A73 hər iki modeldən fərqlənərək, özündə bir neçə əsas məqamı əks etdirir. Əsas fərq ondadır ki, Exynos 1280 əvəzinə bu model Snapdragon 778G prosessoru ilə təchiz edilib. Ən böyük fərq isə smartfonun kamerasında hiss olunur. Burada əsas sensor 108MP f/1.8-dir. Samsung ilk dəfədir ki, orta qiymət seqmentinə belə yüksək icazəli kameradan istifadə edir. Onu da qeyd etmək lazımdır ki, bu model, məhsul xəttinin "ən böyük" və "ən ağır" cihazıdır – onun ölçüsü, müvafiq olaraq, 6,7”, çəkisi isə181 qram təşkil edir. Həmçinin, Samsung Galaxy A73 eksklüziv "zeytun yaşılı" rəngində mövcuddur.

İlk baxışdan Galaxy A33 və Galaxy A53 bir biri ilə çox oxşardır. Burada displeylərin diaqonalları demək olar ki, eynidir: müvafiq olaraq 6,4” və 6,5”. Hər iki model FHD + Super AMOLED ekran ilə təchiz edilmişdir. Lakin, smartfonların displey yenilənmə sürəti fərqlidir, Galaxy A33-də bu göstərici - 90 Hz, Galaxy A53 isə 120 Hz təşkil edir. Gəlin smartfonlarda quraşdırılmış kameralarla birlikdə tanış olaq. Galaxy A33 48MP geniş bucaqlı, 8MP ultra geniş bucaqlı, 2MP dərinlik sensoru və 5MP makro kameraya malikdir, Galaxy A53 isə müvafiq olaraq 64MP, 12MP, 5MP və 5MP-lik obyektiv ilə təchiz edilmişdir. Hər iki model, yuxarıda qeyd edildiyi kimi, Samsung-un təqdim etdiyi yeni Exynos 1280 çipseti üzəridən işləyir.

Smartfonlar həqiqətən cəlbedicidir. Belə ki, onları rəqiblərindən fərqləndirən əsas cəhətlərdən biri, orta seqmentə aid olmalarına baxmayaraq, bütün məhsul xəttinin smartfonlarının IP67 standartına uyğun sukeçirməməzliyə malik olmasıdır. Həmçinin, burada son illərin yeniliklərindən biri - ekran altında yerləşən barmaq izi skaneri quraşdırılıb. Istehsalçının cihazda istifadə etdiyi böyük tutumlu batareya isə uzun müddət smartfonların üstünlüklərindən istifadə etməyə imkan verir, əlavə olaraq, burada sürətli yükləmə də mövcuddur. Yeni Galaxy A modelləri hətta maksimum həcmdə belə heç bir təhrifi olmayan aydın və balanslaşdırılmış səs təqdim edən dinamiklərlə təchiz olunmuşdur. Burada audionun özünüz ekvalayzerdə tənzimləyə və ya Dolby Atmos presetlərindən birini seçilə bilərsiniz. Sözü gedən bu presetlər fərqli ssenarilər üçün nəzərdə tutularaq, hətta onlayn oyun oynadığınız zaman səsləri tənzimləyir. Bu, məsələn, döyüş zamanı rəqiblərin yerini dəqiq müəyyən etməyə kömək edir.

Onu da qeyd etmək lazımdır ki, smartfonlarda MScard köməyi ilə yaddaşı 1 TB-dək genişləndirmək mümkündür və onlar 6 və ya 8 GB operativ yaddaş və 128 və ya 256 GB daxili yaddaşla təchiz edilmiş versiyalarda mövcuddur.

Samsung Galaxy A smartfonları artıq Azərbaycan bazarında da satışa çıxarılıb. Galaxy A məhsul xəttinin ən son cihazları haqqında əlavə məlumatı Samsung-un rəsmi internet saytından, həmçinin Baku Electronics, Irshad, Kontakt Home, Maxi.az, Soliton, World Telecom və Optimal mağazalar şəbəkəsində əldə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
444

Son xəbərlər

Bu gün Yasamalda qaz olmayacaqBu gün, 09:55Azərbaycan və Serbiyanın hərbi ekspertləri arasında görüş keçirilibBu gün, 09:53AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:37FHN: Zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat daxil olmayıbBu gün, 09:26Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:21İranda növbədənkənar prezident seçkiləri başlayıbBu gün, 09:07Bakıda hazırda sıxlıq müşahidə edilən yollar - SİYAHIBu gün, 09:06Lerikdə zəlzələ olub, digər rayonlarda da hiss olunubBu gün, 08:59Laçın şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 08:57Xankəndi şəhərinin iqtisadi imkanları ilə tanışlıq - FOTO27 / 06 / 2024, 19:21TƏBİB-in icraçı direktoru: Tibb müəssisələrində baş vermiş uyğunsuzluqlar ciddi narahatlıq doğurur27 / 06 / 2024, 17:48Baş Prokurorluq işəgötürənlərə müraciət etdi27 / 06 / 2024, 17:35Arif Quliyevin həyat yoldaşı vəfat etdi27 / 06 / 2024, 17:31Sevinc Fətəliyeva: Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi Azərbaycan üçün ən əsas məsələdir27 / 06 / 2024, 17:21Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edilib27 / 06 / 2024, 17:12Rusiya gəmiləri Bakıya dostluq səfəri ediblər - FOTO27 / 06 / 2024, 17:04“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıb27 / 06 / 2024, 16:58İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilib27 / 06 / 2024, 16:34Ceyranbatan su anbarında qadın meyiti aşkarlanıb27 / 06 / 2024, 16:20Azərbaycanda bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edilir27 / 06 / 2024, 16:16
Bütün xəbərlər