Baş nazir Əli Əsədov Ərəb Dövlətləri Liqasının Baş katibi ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş nazir Əli Əsədov Ərəb Dövlətləri Liqasının Baş katibi ilə görüşüb

Qafar Ağayev14:55 - 17 / 06 / 2022
Baş nazir Əli Əsədov Ərəb Dövlətləri Liqasının Baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 17-də Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbu Əl-Ğeytlə görüşüb.

Nazirlər Kabinetindən 1news.az-a verilən məlumata görə, görüşdə IX Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulandı, tədbir çərçivəsində keçirilən müzakirələrin və fikir mübadiləsinin qlobal gündəlikdə əsas yer alan məsələlərin həllində yeni yanaşmaların işlənib hazırlanmasına töhfə verəcəyinə əminlik ifadə olundu.

Dünyada yeni çağırışlar, o cümlədən hazırkı beynəlxalq geosiyasi vəziyyət, qlobal təhlükəsizlik məsələləri, qida böhranı riskləri, enerji çatışmazlığı problemi, pandemiya ilə mübarizə və bir çox digər məsələlər müzakirə olundu.

44 günlük Vətən müharibəsindən sonra yaranan yeni reallıqlar fonunda regional təhlükəsizliklə bağlı fikirlərini bölüşən Baş nazir Azərbaycanın Cənubi Qafqazın sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsinə çevrilməsi üçün səylərini əsirgəmədiyini diqqətə çatdırdı.

Regionda nəqliyyat-kommunikasiya sisteminin bərpası gələcək üçün böyük perspektivlər vəd etdiyi və bu baxımdan Zəngəzur dəhlizinin yaradılmasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulandı.

Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq, bərpa və yenidənqurma işləri barədə məlumat verildi.

Görüşdə, həmçinin Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əməkdaşlığın perspektivləri müzakirə olundu.

Paylaş:
248

Son xəbərlər

Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30
Bütün xəbərlər