Əhmədlidə yaşayış binasında baş verən yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Əhmədlidə yaşayış binasında baş verən yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB

Qafar Ağayev11:10 - 17 / 06 / 2022
Əhmədlidə yaşayış binasında baş verən yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Bakının Xətai rayonunda baş verən yanğın barədə məlumat yayıb.

FHN-dən 1news.az verilən məlumata görə, bu gün saat 10:00 radələrində Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının binanın 8-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.

Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının digər mənzillərə keçməsinin qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin olunub.

Bina sakinlərinin təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilib.

***

Saat 10:14

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi ünvanındakı çoxmərətəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş:
1193

Son xəbərlər

AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:37FHN: Zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat daxil olmayıbBu gün, 09:26Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:21İranda növbədənkənar prezident seçkiləri başlayıbBu gün, 09:07Bakıda hazırda sıxlıq müşahidə edilən yollar - SİYAHIBu gün, 09:06Lerikdə zəlzələ olub, digər rayonlarda da hiss olunubBu gün, 08:59Laçın şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 08:57Xankəndi şəhərinin iqtisadi imkanları ilə tanışlıq - FOTO27 / 06 / 2024, 19:21TƏBİB-in icraçı direktoru: Tibb müəssisələrində baş vermiş uyğunsuzluqlar ciddi narahatlıq doğurur27 / 06 / 2024, 17:48Baş Prokurorluq işəgötürənlərə müraciət etdi27 / 06 / 2024, 17:35Arif Quliyevin həyat yoldaşı vəfat etdi27 / 06 / 2024, 17:31Sevinc Fətəliyeva: Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi Azərbaycan üçün ən əsas məsələdir27 / 06 / 2024, 17:21Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edilib27 / 06 / 2024, 17:12Rusiya gəmiləri Bakıya dostluq səfəri ediblər - FOTO27 / 06 / 2024, 17:04“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıb27 / 06 / 2024, 16:58İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilib27 / 06 / 2024, 16:34Ceyranbatan su anbarında qadın meyiti aşkarlanıb27 / 06 / 2024, 16:20Azərbaycanda bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edilir27 / 06 / 2024, 16:16Azərbaycanda Dünya Ətraf Mühit Günü keçiriləcək27 / 06 / 2024, 16:11Prezident BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib - YENİLƏNİB27 / 06 / 2024, 15:55
Bütün xəbərlər