Gəncədə 70 nəfər avara və dilənçi saxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə 70 nəfər avara və dilənçi saxlanılıb - FOTO

Qafar Ağayev14:15 - 18 / 06 / 2022
Gəncədə 70 nəfər avara və dilənçi saxlanılıb - FOTO

Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 1news.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.

Təbir zamanı ümumilikdə 70 nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.

Paylaş:
596

Son xəbərlər

Bütün xəbərlər