ANAMA minatəmizləmə ilə bağlı həftəlik statistikanı açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA minatəmizləmə ilə bağlı həftəlik statistikanı açıqladı

Qafar Ağayev14:51 - 20 / 06 / 2022
ANAMA minatəmizləmə ilə bağlı həftəlik statistikanı açıqladı

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlar barədə həftəlik statistik məlumatları açıqlayıb.

ANAMA-dan 1news.az-a bildirilib ki, iyunun 13-dən 18-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 79 piyada əleyhinə mina, 13 tank əleyhinə mina və 58 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 557 hektar ərazi mina və PHS-lardan təmizlənib.

Paylaş:
419

Son xəbərlər

Bütün xəbərlər