Mikayıl Cabbarov Sardor Umurzakovla görüşüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mikayıl Cabbarov Sardor Umurzakovla görüşüb - FOTO

16:54 - 20 / 06 / 2022
Mikayıl Cabbarov Sardor Umurzakovla görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan Respublikasının Baş nazirinin müavini, investisiyalar və xarici ticarət naziri Sardor Umurzakovla görüşüb.

1news.az APA-ya istinadən xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün "Twitter" hesabında qeyd edib.

Nazir bildirib ki, görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, sənaye, energetika, kənd təsərrüfatı, investisiya və KOB sahəsində əməkdaşlığın inkişafı ilə bağlı faydalı müzakirə aparılıb.

Paylaş:
427

Son xəbərlər

Bütün xəbərlər