Bakıda 14 marşrut xətti üzrə avtobuslar gecikmə ilə hərəkət edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 14 marşrut xətti üzrə avtobuslar gecikmə ilə hərəkət edir

14:51 - 22 / 06 / 2022
Bakıda 14 marşrut xətti üzrə avtobuslar gecikmə ilə hərəkət edir

Hazırda paytaxtın Rövşən Cəfərov, Asif Məhərrəmov, Cavadxan, Alı Mustafayev və Ceyhun Səlimov küçələrindən 3-cü mikrorayon dairəsi istiqamətində müşahidə olunan sıxlıq səbəbindən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 165, 199, 205 və 211 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var.

Bu barədə 1news.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, avtobuslar gecikmə və uzunmüddətli intervalla hərəkət edirlər. Gecikmələr təxminən 16-20 dəqiqə aralığındadır.

1news.az

Paylaş:
268

Son xəbərlər

Bütün xəbərlər