FHN 44 nəfər Vətən müharibəsi qazisi və iştirakçısını istirahətə göndərdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN 44 nəfər Vətən müharibəsi qazisi və iştirakçısını istirahətə göndərdi - FOTO

Qafar Ağayev09:14 - 22 / 06 / 2022
FHN 44 nəfər Vətən müharibəsi qazisi və iştirakçısını istirahətə göndərdi - FOTO

26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə bir qrup Vətən müharibəsi qazisi və veteranının Xaçmaz rayonunda istirahəti təşkil edilib

1news.az-ın məlumatına görə, Vətən müharibəsi iştirakçılarının yola salma mərasimində çıxış edən FHN Həmkarlar İttifaqının sədri Mehman İsmayılov bildirib ki, 6 gün nəzərdə tutulan istirahət Xaçmaz rayonu ərazisindəki "Orman" İstirahət mərkəzində olacaq.

"İstirahət 44 günlük Vətən müharibəsində iştirak etmiş Bakı şəhərindən olan 44 nəfər qazi və veteran üçün nəzərdə tutulub.

Səfər çərçivəsində veteran və qazilərin Xaçmaz şəhərində Heydər Əliyev abidəsinin, Şəhidlər Xiyabanın ziyarət olunması, həmçinin 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Orman” istirahət mərkəzində istirahət edəcək Vətən müharibəsi qazilərinin və veteranlarının günlük istirahətlərinin səmərəli keçirmələri üçün mini futbol, voleybol, stolüstü tennis, bilyard, şahmat və digər oyunlar təşkili planlaşdırlıb.Həmçinin həmin oyunlar üzrə qazi və müharibə iştirakçıları arasında yarışlar da təşkil ediləcək. Yarışların qaliblərinə qiymətli hədiyyə və mükafatlar veriləcək.

Tədbir çərçivəsində həmçinin 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Vətən müharibəsi qazilərinin və veteranların Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılması da nəzərdə tutulub", M. İsmayılov deyib.

Paylaş:
317

Son xəbərlər

Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20
Bütün xəbərlər