İddiaçılar Turniri: “Bu gün Teymur Rəcəbov Çin şahmatçısı ilə görüşəcək” | 1news.az | Xəbərlər
Cəmiyyət

İddiaçılar Turniri: “Bu gün Teymur Rəcəbov Çin şahmatçısı ilə görüşəcək”

10:21 - 22 / 06 / 2022
İddiaçılar Turniri: “Bu gün Teymur Rəcəbov Çin şahmatçısı ilə görüşəcək”

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə keçirilən İddiaçılar Turnirində bu gün V tur matçını keçirəcək.

1news.az-ın məlumatına görə, 35 yaşlı qrossmeyster ağ fiqurlarla Çin təmsilçisi Dinq Lirenlə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Qeyd edək ki, Teymur Rəcəbov əvvəlki oyunlarında Alireza Firuzca (Fransa), Yan Nepomnyaşi (Rusiya) və Yan-Kşiştof Duda (Polşa) ilə heç-heçə edib, Hikaru Nakamuraya (ABŞ) uduzub. Hazırda o, Liren və Firuzca ilə birlikdə hərəyə 1,5 xalla 6 - 8-ci yerləri bölüşdürür.

1news.az

Paylaş:
210

Son xəbərlər

Bütün xəbərlər