Azad edilmiş ərazilərdə bu il 5 avtomobil yolunun inşasının başa çatdırılması nəzərdə tutulur
İşğaldan azad edilmiş ərazilərə ayrılan vəsaitlər hesabına 2022-ci ildə 18 layihənin və 5 avtomobil yolunun başa çatdırılması nəzərdə tutulur.
1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O qeyd edib ki, bölüşdürülməmiş xərclərin bir hissəsinə yenidən baxılan zaman qurumlar üzrə bölgüsü də dəyişir.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün bu il dövlət büdcəsindən əlavə olaraq 470 milyon manat vəsaitin ayrılması təklif edilir.
Bundan əvvəl “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2 milyard 200 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu.