Bakıda magistral su xəttində qəza: İki rayonda su kəsilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda magistral su xəttində qəza: İki rayonda su kəsilib

15:55 - 23 / 06 / 2022
Bakıda magistral su xəttində qəza: İki rayonda su kəsilib

Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlara, həmçinin Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

Bu barədə 1news.az-a "Azərsu" ASC-dən bildirilib.

Hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1news.az

Paylaş:
390

Son xəbərlər

Bütün xəbərlər