Məhəmməd Əbd Rabbi əl-Yami: UNA AZƏRTAC ilə əməkdaşlığa böyük önəm verir | 1news.az | Xəbərlər
Cəmiyyət

Məhəmməd Əbd Rabbi əl-Yami: UNA AZƏRTAC ilə əməkdaşlığa böyük önəm verir

17:41 - 23 / 06 / 2022
Məhəmməd Əbd Rabbi əl-Yami: UNA AZƏRTAC ilə əməkdaşlığa böyük önəm verir

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyinin (UNA) baş direktor əvəzi Məhəmməd Əbd Rabbi əl-Yami ilə görüşündə əsas müzakirə mövzusu UNA və AZƏRTAC arasında əməkdaşlığın perspektivləri olub.

UNA-nın İslam dünyasının informasiya məkanında rolunu vurğulayan səfir Ş.Abdullayev qeyd edib ki, Azərbaycan dövləti Birliyin fəaliyyətini dəstəkləyir. Bu kontekstdə Azərbaycanın rəsmi informasiya mənbəyi olan AZƏRTAC-ın UNA ilə əməkdaşlığı, onların arasında yeni media planının hazırlanması böyük əhəmiyyətə malikdir.

Məhəmməd Əbd Rabbi əl-Yami AZƏRTAC ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb və UNA-nın saytında Qarabağda aparılan bərpa-quruculuq işləri barədə materialların mütəmadi olaraq yayımlandığını qeyd edib. O bildirib ki, bu yaxınlarda Şuşaya səfər edən UNA-nın xarici əlaqələr və strateji inkişaf üzrə direktoru Yunus İnayət AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovla görüşündə Azərbaycana informasiya dəstəyinin davam edəcəyini bildirib.

Görüşdə UNA-nın baş direktor əvəzi Birliyin media vizyonu, müasir informasiya məkanında qabaqcıl yer tutmasına nail olmaq üçün göstərilən səylər, həmçinin İƏT-ə üzv ölkələrlə əlaqələrin detalları barədə məlumat verib.

Paylaş:
63

Son xəbərlər

Azərbaycan və Türkiyə arasında Əlavə Prosedur Müqavilə təsdiqləndiBu gün, 17:31İyunda 40 aptekdə yoxlama keçirilibBu gün, 17:28Prezident İsraillə turizm sahəsində əməkdaşlıq haqqında Sazişi təsdiqləyibBu gün, 17:25Aşağı Güzdək avtomobil yolu yenidən qurulub - FOTO - VİDEOBu gün, 17:19Sumqayıtda dəmir yolu stansiyası ərazisində yanğın olubBu gün, 16:54Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edibBu gün, 16:39Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıbBu gün, 16:34COVID-19-a yeni yoluxanların sayı açıqlandı - STATİSTİKABu gün, 16:33MN-in Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi istifadəyə verilib - VİDEO - FOTOBu gün, 16:24Milli Məclisin komitələrinin Şuşada birgə dinləməsi keçirilibBu gün, 16:17Bakıda Xəzərlə bağlı beynəlxalq konfrans keçirilibBu gün, 16:12Bu gün Röyanın qardaşının toyudur - Qonaqlara qadağa - FOTOBu gün, 16:07Qurbanlıq qoyunların onlayn satış yarmarkası keçiriləcək - SİYAHIBu gün, 16:01Yaponiya Rusiya və Belarusdan olan şəxslərə və təşkilatlara sanksiya tətbiq edibBu gün, 15:47Kəsici alət ilə metroya girib insanları təhdid edən şəxs onu ittiham edənlərə cavab verdi - VİDEOBu gün, 15:30Həm dadlı, həm təhlükəli: dondurma alarkən ehtiyatlı olun - ARAŞDIRMABu gün, 15:24Bakıda şagird sayı 500-dək olan məktəblərə direktor olmaq üçün 120 nəfər sənəd veribBu gün, 15:19Azərbaycanlı jurnalistlərin Şuşa ilə bağlı yazısı 9 ölkənin 16 mətbuat orqanında yayımlanıbBu gün, 15:18Bakıda narkotik satan qadın tutulub - VİDEOBu gün, 15:01İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər təsdiqləndiBu gün, 14:56
Bütün xəbərlər

Next TV