Veysəloğlu Şirkətlər Qrupu SAP NOW forumunda | 1news.az | Xəbərlər
Cəmiyyət

Veysəloğlu Şirkətlər Qrupu SAP NOW forumunda

20:12 - 23 / 06 / 2022
Veysəloğlu Şirkətlər Qrupu SAP NOW forumunda

Böyük rəqəmsal transformasiya mərhələsində olan Veysəloğlu Şirkətlər Qrupu SAP layihəsinin icrasına indiyə kimi 5 mln. manatdan çox vəsait yatırıb.

Veysəloğlu Şirkətlər Qrupunun Rəqəmsal Transformasiya direktoru Özgür Kakmacı Azərbaycanda ilk dəfə SAP NOW forumunda çıxış edib. O, qrupda bu ildən etibarən başlayan genişmiqyaslı rəqəmsallaşma prosesi ilə bağlı təcrübələri bölüşüb. İlk növbədə söhbət SAP S/4HANA platformasına keçiddən gedir.

Özgür Kakmacı çıxışında bunları vurğulayıb: “Bizim üçün SAP yalnız rəqəmsallaşma deyil, bu, dayanıqlı inkişaf, şəffaflıq, daha yaxşı müştəri təcrübəsi, əməkdaşlarımız və istehlakçılar üçün dəyər yaratmaq deməkdir”. O, əlavə olaraq bildirib ki, Şirkətlər Qrupunda 2020-2025-ci illər ərzində davam edəcək SAP layihəsinin icrasına indiyə kimi 5 mln. manatdan çox vəsait yatırılıb.

SAP sistemi 19,500 nəfərdən çox əməkdaşı olan Veysəloğlu Şirkətlər Qrupunda məlumatları yüksək səviyyədə idarə etməyə, mükəmməl təhlil və proqnozlar əldə etməyə imkan yaradır. Bu isə öz növbəsində şirkətin məlumatlarının keyfiyyətinin və təhlükəsizliyinin təmin olunmasına və biznes proseslərin yüksək effektivliyinə xidmət edəcək.

Veysəloğlu Şirkətlər Qrupunda Müşahidə Şurasının üzvü Natəvan İbrahimova: “SAP rəqəmsallaşma ilə yanaşı, əməkdaşlarımızın inkişafı üçün də ciddi bir yatırımdır. SAP-ni işində tətbiq edə bilən əməkdaş qlobal təcrübəyə çıxış imkanı əldə edir və çeviklik qazanır. Bu isə potensialı və karyera hədəfləri olan hər bir şəxs üçün dəyərli imkandır”.

Tədbirdə banklar, nəqliyyat, neft-qaz, istehsalat və pərakəndə satış sahəsinin nümayəndələri iştirak ediblər. Plenar sessiyalarda SAP ekspertləri, tərəfdaşları və müştəriləri qeyri-rəsmi şəraitdə rəqəmsal transformasiyanın çətinliklərini müzakirə edib, bu problemlərin aradan qaldırılması və yeni imkanların açılması ilə bağlı uğur hekayələrini paylaşıblar. Veysəloğlu Şirkətlər Qrupu, PAŞA Holding, Deloitte, AKFA Qrup, KTZ, PAŞA İnşaat və digər şirkətlərin təcrübələri və fikirləri dinlənilib.

“SAP Azərbaycan” şirkətinin icraçı direktoru Svetlana Yankina SAP strategiyasının cari çağırışlara necə cavab verməsi barədə danışıb: “Bu gün dəyişmək üçün lazım olan sürəti texnologiya verir. Yenilikçi olmaq, müxtəlif texnologiyaları sınamaqdan qorxmamaq və ən təsirli olanları seçmək vaxtıdır. Cəsarətli olmaq və trendləri müəyyən etməyin zamanıdır. Əminəm ki, Veysəloğlu Şirkətlər Qrupunda rəqəmsal transformasiyanın tətbiqi təkcə yerli deyil, həm də beynəlxalq şirkətlər üçün yaxşı nümunə olacaq”.

Tədbirə media partnyoru olaraq, APA Qrup və 1news.az dəstək olub.

28 ildir ki, ölkə iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Şirkətlər Qrupu Deloitte şirkətinin təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsinin qaliblərindəndir.

Reklam hüququnda

Paylaş:
79

Son xəbərlər

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı - SİYAHIBu gün, 17:35Prezident təsdiqlədi: Azərbaycan və Monqolustan ticarət və iqtisadi sahələrdə əməkdaşlıq edəcəkBu gün, 17:34Azərbaycan və Türkiyə arasında Əlavə Prosedur Müqavilə təsdiqləndiBu gün, 17:31İyunda 40 aptekdə yoxlama keçirilibBu gün, 17:28Prezident İsraillə turizm sahəsində əməkdaşlıq haqqında Sazişi təsdiqləyibBu gün, 17:25Aşağı Güzdək avtomobil yolu yenidən qurulub - FOTO - VİDEOBu gün, 17:19Sumqayıtda dəmir yolu stansiyası ərazisində yanğın olubBu gün, 16:54Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edibBu gün, 16:39Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıbBu gün, 16:34COVID-19-a yeni yoluxanların sayı açıqlandı - STATİSTİKABu gün, 16:33MN-in Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi istifadəyə verilib - VİDEO - FOTOBu gün, 16:24Milli Məclisin komitələrinin Şuşada birgə dinləməsi keçirilibBu gün, 16:17Bakıda Xəzərlə bağlı beynəlxalq konfrans keçirilibBu gün, 16:12Bu gün Röyanın qardaşının toyudur - Qonaqlara qadağa - FOTOBu gün, 16:07Qurbanlıq qoyunların onlayn satış yarmarkası keçiriləcək - SİYAHIBu gün, 16:01Yaponiya Rusiya və Belarusdan olan şəxslərə və təşkilatlara sanksiya tətbiq edibBu gün, 15:47Kəsici alət ilə metroya girib insanları təhdid edən şəxs onu ittiham edənlərə cavab verdi - VİDEOBu gün, 15:30Həm dadlı, həm təhlükəli: dondurma alarkən ehtiyatlı olun - ARAŞDIRMABu gün, 15:24Bakıda şagird sayı 500-dək olan məktəblərə direktor olmaq üçün 120 nəfər sənəd veribBu gün, 15:19Azərbaycanlı jurnalistlərin Şuşa ilə bağlı yazısı 9 ölkənin 16 mətbuat orqanında yayımlanıbBu gün, 15:18
Bütün xəbərlər

Next TV