Beyləqanda zəhərlənənlərin vəziyyəti açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Beyləqanda zəhərlənənlərin vəziyyəti açıqlanıb

09:59 - 23 / 06 / 2022
Beyləqanda zəhərlənənlərin vəziyyəti açıqlanıb

Beyləqanda zəhərlənmə ilə xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti stabildir.

Bunu 1news.az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Mərkəzinin (TƏBİB) Mətbuat katibi Zamirə Adilova deyib.

O bildirib ki, həmin şəxslər hazırda stasionar nəzarətdədir: "Vəziyyətləri stabildir, gün ərzində həmin şəxslər ambulator müalicə üçün evə buraxılacaqlar".

Xatırladaq ki, Beyləqan rayonunda 15 nəfər pambıq sahəsində pambıq yığarkən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

1news.az

Paylaş:
203

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

19 / 07 / 2025, 13:52
Bütün xəbərlər