Bakıda ödəmə terminalından pul oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ödəmə terminalından pul oğurlanıb

10:58 - 23 / 06 / 2022
Bakıda ödəmə terminalından pul oğurlanıb

Bakıda marketlərin birində quraşdırılan ödəmə terminalından pul oğurlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qala qəsəbəsində yerləşən marketlərin birində quraşdırılan “E-Manat” ödəmə terminalından 1 000 manat pul, digər mağazadan isə 211 manat pul, 1 289 manat dəyərində tütün məmulatı, alışqan və ətir oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri İ.Mirzəyev və əvvəllər məhkum olunmuş F.Sədullayev müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

1news.az

Paylaş:
182

Son xəbərlər

Bütün xəbərlər