Türkiyə Prezidenti azərbaycanlı yanğınsöndürənlərlə görüşüb - FOTO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dalaman Hava Limanında Daxili İşlər naziri Süleyman Soylu, Kənd Təsərrüfatı və Meşə Naziri Vahit Kirişçi və Azərbaycan və Türkiyə yanğınsöndürənləri ilə görüşüb, onlardan Marmarisdə davam edən meşə yanğını ilə bağlı son məlumatları alıb.
1news.az Türkiyə KİV-lərinə istinadən məlumatına görə, Muğlanın Marmaris bölgəsində meşəlik ərazidə baş verən yanğına havadan və qurudan müdaxilə davam edir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyəyə göndərilib.
251