“Apple” M2 prosessorlu yenilənmiş “MacBook Pro”nu təqdim edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Apple” M2 prosessorlu yenilənmiş “MacBook Pro”nu təqdim edib - FOTO

Qafar Ağayev11:09 - 24 / 06 / 2022
“Apple” M2 prosessorlu yenilənmiş “MacBook Pro”nu təqdim edib - FOTO

İyunun 6-da “Apple” şirkətinin keçirdiyi WWDC 2022 konfransı çərçivəsində yeni “MacBook Pro”nun təqdimatı baş tutub.

Yeni məhsulun displeyinin diaqonalı 13 düymdür.

Yeni “MacBook Pro 13” M2 prosessoru ilə təchiz edilib. 8 “icraçı”, 10 qrafik nüvəyə malikdir. Yeni prosessor təsvirlərin emalı baxımdan sələfi M1 prosessorundan 39% daha güclüdür. Məhz M2 prosessoru enerji toplamadan “MacBook Pro 13”də 20 saatadək video izləməyə imkan verir. Aktiv soyutma sistemi prosessorun qızmasının qarşısını alır. “MacBook Pro 13” 24 GB-dək operativ yaddaşı dəstəkləyir. Daxili toplayıcının həcmi 2 TB-dək ola bilər.

Retina-ekran artıq P3 rəng qamması ilə təchiz edilib, bu isə təsvirlərlə işləyənlər üçün çox faydalıdır. Displey 500 nitədək maksimum parlaqlığı dəstəkləyir. Bu yeniliklər rəngləri daha dəqiq əks etdirir ki, bu da dizaynerlər üçün son dərəcə vacibdir.

Yeni makbukun daha bir sevindirici yeniliyi studiya səviyyəli mikrofonlardır. Məhz bunn sayəsində müxtəlif podkastların yazılmasında xarici mikrofonlardan istifadə etməyə ehtiyac qalmır.

Azərbaycanda yeni “MacBook Pro 13” 3199 AZN-dən başlayan qiymətlətlə təklif olunur.

Məhsul iyulun 1-i satışa çıxarılacaq. Bu gün – iyunun 24-dən etibarən “Apple” brendinin rəsmi reseller mağazalarında öncədən sifarişə start verilir: : Alma Store, Baku Electonics, Irshad, Kontakt Home.

Reklam hüququnda

Paylaş:
307

Son xəbərlər

“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTOBu gün, 15:33Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2Bu gün, 15:22Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edibBu gün, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEOBu gün, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçiribBu gün, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilibBu gün, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdiBu gün, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edibBu gün, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdürBu gün, 13:31Mədəniyyət Nazirliyində türkiyəli kino təhsili mütəxəssisləri ilə görüş keçirilibBu gün, 13:29Nazirlik Qarabağ Universitetinin tələbə yataqxanasının görüntülərini yayıbBu gün, 13:27Ağdamın yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntüləri yayılıbBu gün, 13:19Payızda Heydər Əliyev Beynəlxalq Aeroportundən 80-dən çox istiqamətə səyahət imkanıBu gün, 13:01Yay tətili zamanı Bakıda hansı küçələr təmir edilib? - AAYDA açıqladıBu gün, 12:54İsti, yağış, qar - Sabahın havası açıqlandıBu gün, 12:42Kərim Vəliyev İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşübBu gün, 12:35“Olivia”nın yeni reklam çarxı bütün ölkəyə səs saldı – “S.O.S” fərqli təqdimatda - VİDEOBu gün, 12:30Kolleclərə direktorlar təyin olunubBu gün, 12:15
Bütün xəbərlər