Bakıdan Füzuliyə ilk sərnişin avtobusu yola düşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıdan Füzuliyə ilk sərnişin avtobusu yola düşüb

10:02 - 25 / 06 / 2022
Bakıdan Füzuliyə ilk sərnişin avtobusu yola düşüb

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin təşkilatçılığı ilə bu gün ilk dəfə olaraq Bakı-Füzuli-Bakı istiqamətində müntəzəm avtobus reysi həyata keçirilib.

1news.az xəbər verir ki, reyslər həftədə 1 dəfə olmaqla şənbə günləri həyata keçiriləcək.

Növbəti mərhələlərdə reyslərin sayı artırıla bilər. Sərnişinlər biletləri yolumuzqarabaga.az portalı vasitəsilə əldə edə bilərlər. Bakıdan Füzuliyə avtobus biletinin qiyməti (gediş-gəliş) 18 manat 40 qəpikdir.

Qeyd edək ki, biletlər yalnız iki tərəf üçün alına bilər. Bakıdan Füzuliyə 5 saat, geri qayıdış da 5 saat, Füzulidə isə 3 saat ziyarət üçün ayrılıb. Ümumilikdə ziyarət 13 saat təşkil edir. Füzulidə tarixi abidələr ziyarət olunacaq.

1news.az

Paylaş:
210

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

19 / 07 / 2025, 13:52
Bütün xəbərlər