Yardımlıda 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yardımlıda 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib - FOTO

12:09 - 25 / 06 / 2022
Yardımlıda 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib - FOTO

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Arvana kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, ümumi çəkisi 1 ton 282 kiloqram olan 8756 ədəd xaş-xaş bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

1news.az

Paylaş:
273

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

19 / 07 / 2025, 13:52
Bütün xəbərlər