Silk Way West Airlines iki yeni nəsil Airbus A350F sifarişini təsdiqlədi | 1news.az | Xəbərlər
Cəmiyyət

Silk Way West Airlines iki yeni nəsil Airbus A350F sifarişini təsdiqlədi

Qafar Ağayev16:17 - 28 / 06 / 2022
Silk Way West Airlines iki yeni nəsil Airbus A350F sifarişini təsdiqlədi

Silk Way West Airlines Airbus ilə iki A350 yük təyyarəsinin alınması üçün müqavilə imzalayıb və onların çatdırılması 2027-2028-ci illərdə planlaşdırılır.

Razılaşmaya əsasən gələcəkdə eyni modeldən daha iki təyyarənin alınması nəzərdə tutulub. İki şirkət arasında olan ilk saziş 28 iyun 2022-ci il tarixində Bakıda Silk Way West Airlines-ın prezidenti cənab Volfqanq Mayerin və Airbus şirkətinin Regional İcraçı Vitse-Prezidenti və Avropa üzrə Satış Rəhbəri cənab Vouter Van Vörşin iştirak etdiyi mərasimdə imzalanıb. Bu yatırım Silk Way West Airlines şirkətinin yükdaşımalar üzrə artan tələbatın qarşılanması məqsədilə beynəlxalq hava şəbəkəsini genişləndirməsi istiqamətində atdığı növbəti addımdır.

A350F yük təyyarələrinin sifarişi Mərkəzi Asiya və MDB regionunda bir ilkdir. A350F dünyanın ən qabaqcıl uzaq məsafəli təyyarəsi olan A350-nin əsasında hazırlanıb. A350 ailəsinin yeni üzvü kimi A350F yük təyyarəsi ən müasir texnologiyadan, aerodinamikadan və misilsiz əməliyyat çevikliyindən bəhrələnib.

Təyyarənin əsas özəlliyi göyərtədə böyük yük qapısı və yük əməliyyatları üçün optimallaşdırılmış gövdə uzunluğudur. Korpusun 70%-dən çoxu qabaqcıl materiallardan hazırlanır ki, bu da uçuşun çəkisini 30 ton azaldır. Bu, optimallaşdırılmış və müasir yükləmə sistemi və 109 ton yükgötürmə qabiliyyəti ilə yanaşı, bütün növ yüklərin daşınmasını təmin edir. Rolls-Royce mühərrikləri ilə təchiz edilən A350F böyük yük təyyarələrinin yeni nəslinə aiddir və daha az yanacaq sərfiyyatı ilə yanaşı, CO2 emissiyalarının azalmasına töhfə verir.

Dünyanın ən səmərəli və ekoloji cəhətdən təmiz yük təyyarələrindən biri olan Silk Way West-in donanmasına bu son əlavələr aviaşirkətin davamlılıq məqsədlərinə cavab verir.

“Biz Airbus ilə ilk, lakin əlbəttə ki, sonuncu olmayan müqaviləni imzalamaqdan böyük məmnuniyyət hissi duyuruq və əminəm ki, səy göstərdiyimiz gələcək inkişaf üçün bu çox səmərəli tərəfdaşlıq olacaq. Bu gün qonaqlarımız Silk Way West Airlines-in tarixi məqamlarından birinin şahidi oldular. Əminəm ki, bu yeni təyyarələrin alınması bizə uğur gətirəcək və bu müqavilənin imzalanması şirkətimizin inkişafında yeni mərhələnin əsasını qoyur. Əminəm ki, yeni təyyarələrin alınması önümüzdəki 15-20 il ərzində şirkətimizin qlobal hava yolu ilə yükdaşıma bazarındakı aparıcı mövqelərini daha da gücləndirəcək”, - Silk Way West Airlines-ın prezidenti cənab Volfqanq Meyer bildirib.

Müqavilə Silk Way West Airlines-ın qlobal yükdaşımaları bazarında öz payını artırmaq və regional liderliyini gücləndirmək strategiyasında növbəti addımının təzahürüdür.

2012-ci ildə İpək Yolunun qəlbi sayılan Bakıda əsası qoyulmuş Silk Way West Airlines 500 min tondan ibarət illik yük dövriyyəsi ilə Xəzər dənizi regionunun ən böyük hava yolu ilə yükdaşıma şirkətidir. Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli aviaşirkət ayda dünyanın 40 istiqaməti üzrə 350 müntəzəm uçuş həyata keçirir.

50 illik innovasiyalar, texnoloji yeniliklər və sənaye mükəmməlliyi təcrübəsi ilə Airbus, kommersiya təyyarələri, helikopterlər, müdafiə, kosmos və təhlükəsizlik qurumları üçün xidmət göstərir, dünya miqyasında müştəri bazasına aerokosmik məhsulların və həllərin layihələndirilməsi, istehsalı və çatdırılması üzrə liderdir.3

Reklam hüququnda

Paylaş:
298

Son xəbərlər

Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2Bu gün, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu AddımlarBu gün, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olubBu gün, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olubBu gün, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyirBu gün, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcəkBu gün, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edibBu gün, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunduBu gün, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaqBu gün, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olubBu gün, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydıBu gün, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTOBu gün, 15:33Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edibBu gün, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEOBu gün, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçiribBu gün, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilibBu gün, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdiBu gün, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edibBu gün, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45
Bütün xəbərlər