Bakıda bazardan 2130 manatlıq gilas oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda bazardan 2130 manatlıq gilas oğurlanıb

10:20 - 28 / 06 / 2022
Bakıda bazardan 2130 manatlıq gilas oğurlanıb

Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə Lökbatan qəsəbəsindəki bazarda Tovuz rayon sakini T.Əhmədliyə məxsus 340 kiloqram albalının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini S.Hüseynov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun iyunun 11-də həmin bazarda Abşeron rayon sakini O.Mehdiyevə məxsus 1500 manat, iyunun 27-nə keçən gecə isə Bakı şəhər sakini H.Zabidliyə məxsus 630 manat dəyərində gilas oğurlaması da müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
296

Son xəbərlər

Bütün xəbərlər