70 ölkədən Azərbaycana quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

70 ölkədən Azərbaycana quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq olunub

Qafar Ağayev13:57 - 29 / 06 / 2022
70 ölkədən Azərbaycana quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq olunub

Hazırda quş qripi ilə bağlı quşçuluq məhsullarının Azərbaycana gətirilməsinə məhdudiyyət tətbiq edilən ölkələrin sayı açıqlanıb.

1news.az-ın "Report"a istinadən məlumatına görə, AQTA-nın Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev jurnalistlərə açıqlamasında deyib ki, hazırda 70 ölkədən Azərbaycana quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət var.

O xatırladıb ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Ümumdünya Ticarət Təşkilatı ilə razılaşmasına görə heyvan mənşəli məhsulların, o cümlədən də ətin dövriyyəsi onların verdiyi məlumata əsasən tənzimlənir: "Biz də təşkilatın üzvüyük və hər gün hansı ölkədə hansı xəstəliklərin qeydə alınması ilə bağlı məlumat alırıq. Buna uyğun da hansı ölkəyə məhdudiyyət, hansına qadağa tətbiq olunması qərara alınır. Biz gözləyə bilmərik ki, hansısa ölkədən bizə məhsul gətirilir, ya gətirilmir. Məsələ ondadır ki, heç bir sahibkar hansısa ucqar ölkədən məhsul gətirməsin. Ona görə də qabaqlayıcı tədbirlərimizi elan edirik".

Şöbə müdiri bildirib ki, müxtəlif xəstəliklər üzrə məhdudiyyət tətbiq olunan ölkələrin sayı fərqlidir: "Məsələn, quş qripi ilə əlaqədar hazırda 70 ölkədən Azərbaycana quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq olunub. Amma burada bütün ölkə yox, ayrı-ayrı bölgələrin adları var. Hansı zonada xəstəlik aşkarlanıbsa, 10 kilometr ərazidə məhdudiyyət tətbiq edilir. Məhdudiyyətlərin müddəti də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatlarına görə tənzimlənir və 3 aydan 12 ayadək davam edə bilər".

Paylaş:
187

Son xəbərlər

Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:28Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11
Bütün xəbərlər