Bakıda iki yük avtomobili toqquşub, xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda iki yük avtomobili toqquşub, xəsarət alan var

09:15 - 29 / 06 / 2022
Bakıda iki yük avtomobili toqquşub, xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Shacman” və "MAZ" markalı iki yük avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan " Shacman" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

1news.az

Paylaş:
184

Son xəbərlər

Bütün xəbərlər