Abşeronda 2 avtomobil toqquşub, ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda 2 avtomobil toqquşub, ölən var

1news Redaksiyası11:07 - 29 / 06 / 2022
Abşeronda 2 avtomobil toqquşub, ölən var

Abşeronda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, iyunun 28-də saat 14 radələrində Abşeron rayonunun Məmmədli kəndi ərazisində Bakı şəhər sakini R.Əsgərovun idarə etdiyi “DAF” və Tovuz rayon sakini Elman Qəhrəmanovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Nəticədə E.Qəhrəmanov hadisə yerində ölüb.
Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

1news.az

Paylaş:
242

Son xəbərlər

Bütün xəbərlər