Sürücülük hüququ olmadan “KamAZ” idarə edən şəxslə bağlı qərar verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Sürücülük hüququ olmadan “KamAZ” idarə edən şəxslə bağlı qərar verildi

Qafar Ağayev11:48 - 29 / 06 / 2022
Sürücülük hüququ olmadan “KamAZ” idarə edən şəxslə bağlı qərar verildi

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən iyunun 24-də saat 17 radələrində Masallı rayonunun Sərçivar kəndi ərazisində “KamAZ” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

1news.az xəbər verir ki, Polis əməkdaşları tərəfindən yoxlama zamanı sürücü, Lənkəran rayon sakini Fariz Məmmədovun avtomobili sürücülük hüququ olmadan və narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən edilib.

O, saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub.

Məhkəmənin qərarı ilə F.Məmmədov inzibati qaydada həbs olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Paylaş:
310

Son xəbərlər

Bütün xəbərlər