Həkəri və Bərgüşad çaylarına 3000 farel balığı buraxılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Həkəri və Bərgüşad çaylarına 3000 farel balığı buraxılacaq

12:06 - 29 / 06 / 2022
Həkəri və Bərgüşad çaylarına 3000 farel balığı buraxılacaq

"Bu gün Həkəri və Bərgüşad çayının birləşmə nöqtəsinə 3000 ədəd qızıl xallı farel balığı buraxılması nəzərdə tutulur".

1news.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev deyib. O bildirib ki, məqsəd su hövzələrində balıq populyasiyasını artırmaqdır.

Xidmət rəisi qeyd edib ki, qızıl xallı farel "Qırmızı Kitab"a düşən balıq növüdür:

“2022-ci ildə nəzərdə tutulan həcm 7 milyon balıq körpəsinin su hövzələrinə buraxılmasıdır. Bu proses davam etməkdədir".

1news.az

Paylaş:
957

Son xəbərlər

Bütün xəbərlər