Bakı Dövlət Universiteti təntənəli “Məzun günü” keçirib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Dövlət Universiteti təntənəli “Məzun günü” keçirib - FOTO

09:13 - 30 / 06 / 2022
Bakı Dövlət Universiteti təntənəli “Məzun günü” keçirib - FOTO

Milli Gimnastika Arenasında Bakı Dövlət Universitetinin "Məzun günü" keçirilib.

1news.az xəbər verir ki, tədbirdə təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, millət vəkilləri, universitet rəhbərliyi, müəllim və məzunlar iştirak edib.

BDU-nun rektoru Elçin Babayev universitetin fəaliyyətindən, son illərdə görülən işlərdən danışıb, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

"103 il bundan əvvəl 2 fakültə, 44 nəfərlik professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan universitetdə bu gün 16 fakültə, 120 kafedrada ali təhsilin bütün səviyyələrində 25 000-ə yaxın tələbə təhsil alır, 3000-ə qədər əməkdaş, o cümlədən 1500 nəfərə qədər professor-müəllim heyəti və elmi işçi çalışır. Universitetdə 2 elmi-tədqiqat institutu, Mükəmməllik Mərkəzi, araşdırma və tədris laboratoriyaları, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec, "Gənc istedadlar" liseyi fəaliyyət göstərir.

Bakı Dövlət Universiteti fəaliyyət göstərdiyi dövr ərzində 200 min nəfərədək mütəxəssis və yüksək ixtisaslı kadr yetişdirib. BDU-nun məzunları tarix boyu ölkə quruculuğunda çox yaxından iştirak ediblər, indi də bu məsuliyyətli və eyni zamanda, nəcib missiyanı yerinə yetirirlər" - Elçin Babayev bildirib.

Rektor əlavə edib ki, işğaldan azad edilmiş əzəli torpaqlarımızda üçrəngli Zəfər bayrağını ucaldanlar sırasında BDU-nun tələbə və məzunları da var:

"44 günlük Vətən müharibəsində gənclərimizin canı və qanı hesabına əldə edilmiş Qələbəyə Bakı Dövlət Universitetinin 200-ə yaxın məzun və tələbəsi imza atıb, onlardan 19 nəfəri şəhidlik zirvəsinə yüksəlib. Şəhidlərimizin ruhu qarşısında dərin hörmət və ehtiramla baş əyir, onların əziz xatirəsini yaddaşımıza əbədi həkk edirik.

Şübhəsiz ki, bu nailiyyətlərin əldə edilməsində keçmişdə və hazırda Universitetdə çalışan, doğma respublikamızın elm və təhsil tarixində özünəməxsus yeri və rolu olan yüzlərlə dəyərli insanların, əziz müəllimlərimizin müstəsna xidmətləri olub. Bu müqəddəs insanlar həqiqətən böyük hörmət və ehtirama layiqdirlər. Şübhə etmirik ki, Universitet yaxın gələcəkdə elmi tədqiqatların əhatə dairəsinin və keyfiyyətinin daha da artırılması yolu ilə ölkəmizin ilk Tədqiqat Universiteti statusunu əldə edəcək".

Tədbirdə hər fakültədən ən yüksək ÜOMG olan 2 tələbəyə sertifikat təqdim edilib və mərasim şou-proqramla davam edib.

Qeyd edək ki, 2021-2022-ci tədris ilində Bakı Dövlət Universitetini (BDU) ümumilikdə 4964 tələbə bitirir. Həmin tələbələrdən 4 min 120-si bakalavriat, 844-ü isə magistratura pilləsində təhsil alıb. Ümumilikdə fəaliyyət göstərdiyi dövr ərzində BDU 200 min nəfərədək mütəxəssis və yüksək ixtisaslı kadr yetişdirib.

Paylaş:
427

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər