Bakının bəzi rayonlarında içməli suyun verilməsində məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bəzi rayonlarında içməli suyun verilməsində məhdudiyyətlər olacaq

09:35 - 30 / 06 / 2022
Bakının bəzi rayonlarında içməli suyun verilməsində məhdudiyyətlər olacaq

İntensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı azalıb.

Bu barədə 1news.az-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən bildirilib.

Qeyd olunub ki, bununla əlaqədar Hacıqabul rayonunun Kür-Bakı magistral kəmərindən su alan kəndlərinə, həmçinin Bakının Qaradağ rayonuna, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir”, - məlumatda deyilir.

1news.az

Paylaş:
242

Son xəbərlər

Bütün xəbərlər