Xaricdə təhsil alan daha 79 nəfərin diplomu tanınmayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaricdə təhsil alan daha 79 nəfərin diplomu tanınmayıb

15:04 - 01 / 07 / 2022
Xaricdə təhsil alan daha 79 nəfərin diplomu tanınmayıb

İyun ayı üzrə 287 müraciətçinin 208-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 79 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən 1news.az-a verilən xəbərə görə, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 35, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 17, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 16, digər səbəblər üzrə 11 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 88, Türkiyə Respublikasından 71, Ukraynadan 66, Gürcüstandan 15, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 7, digər ölkələrdən isə 40 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 42, iqtisadiyyat üzrə 23, tibb üzrə 22, biznesin idarə edilməsi 18, menecment üzrə 14 nəfər müraciətçi qeydə alınıb.

1news.az

Paylaş:
332

Son xəbərlər

Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı22 / 04 / 2024, 17:35Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk22 / 04 / 2024, 17:22Agentlikdən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ22 / 04 / 2024, 17:17Putin: Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb22 / 04 / 2024, 17:02ABB-nin baş sponsorluğu ilə alış-veriş festivalı davam edir!22 / 04 / 2024, 16:59Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub22 / 04 / 2024, 16:50Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - FOTO22 / 04 / 2024, 16:36Azərbaycana mənsub sulara icazəsiz daxil olan şəxslər saxlanıldı, narkotik aşkarlandı - FOTO -VİDEO22 / 04 / 2024, 16:19“Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir - FOTO - VİDEO22 / 04 / 2024, 16:10
Bütün xəbərlər