Azərbaycanın dağlıq və dağətəyi ərazilərində taxıl biçininə start verilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın dağlıq və dağətəyi ərazilərində taxıl biçininə start verilib - FOTO

Qafar Ağayev17:21 - 01 / 07 / 2022
Azərbaycanın dağlıq və dağətəyi ərazilərində taxıl biçininə start verilib - FOTO

Azərbaycanın dağlıq və dağətəyi ərazilərində taxıl biçininə start verilib. “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin balansında olan “New Holland TC 5.90 HİLLSIDE” kombaynları ilə Yardımlı rayonunun yüksək dağlıq ərazidə yerləşən Ərsilə kəndində taxıl biçini həyata keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən 1news.az-a verilən məlumata görə, bu il Yardımlı rayonunda 3549 hektar sahədə payızlıq taxıl əkilib. Əkin sahələrinin mütləq əksəriyyəti relyefi çətin ərazilərdə yerləşir. Dağlıq ərazilərdə biçin xüsusi dağ kombaynları vasitəsilə həyata keçirilir. İxtisaslaşmış dağ kombaynlarının əsas xüsusiyyətlərindən biri məhsulu itkisiz yığmasıdır. Eyni zamanda, dağ kombaynları 20 dərəcə nəmlikdə biçin apara bilir ki, bu da məhsulun daha tez yığılmasını təmin edir. Tam kompüterləşdirilmiş, innovativ dağ kombaynları yamaclarda 38 dərəcə bucaq altında, hündürlükdə isə 32 dərəcə bucaq altında biçin apara bilir. Kombaynın gövdəsinin və biçici başlığının dağlıq sahələrdə tənzimlənə bilməsi taxıl sahələrinin qısa zamanda, operativ biçilməsinə gətirib çıxarır.

Yaxın günlərdə Lerik, Cəlilabad, Şəmkir rayonlarının yüksək dağlıq ərazilərində dağ kombaynlarının iştirakı ilə kütləvi biçin başlayacaq.

Ərsilə kəndində biçin prosesi başa çatdıqdan sonra jurnalistlərə açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, taxıl əkinlərində aqrotexniki qulluq qaydalarına düzgün riayət olunması yekunda məhsuldarlığa müsbət təsir edir: “Biçindən dərhal sonra yay şumunun aparılması taxıl əkinlərində ilk aqrotexniki tədbirdir. Yay şumu torpağın strukturunu yaxşılaşdırır, alt qatlarda nəmliyin toplanmasını, samanın çürüyərək üzvi gübrəyə çevrilməsini təmin edir. Bundan başqa yay şumu gəmiricilərə qarşı mübarizənin ən yaxı üsullarından biridir. Dərin şum torpağın altında olan gəmirici yuvalarını dağıdır və səpindən sonra, çıxış dövründə gəmiricilərə qarşı mübarizə aparmaq məcburiyyətini əvvəlcədən aradan qaldırır. Bu mövsüm artıq biçindən sonra təxminən 100 min hektar sahədə yay şumu aparılıb”.

Ərsilə kəndinin zəmilərində bişindən sonra xüsusi riper avadanlığının köməyi ilə yay şumu aparılıb, fermerlərə yay şumunun əhəmiyyəti barədə məlumat verilib.

Qeyd edək ki, artıq ölkə üzrə 569716 hektar sahədə biçin prosesi başa çatıb. Bu, payızlıq əkin sahələrinin 58,9 faizini təşkil edir. Biçin prosesinə 1639 kombayn cəlb olunub. Bunlardan 650 kombayn “Aqroservis” ASC-nin balansında olan kombaynlardır. Bundan başqa biçin prosesində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 989 kombayn iştirak edir. “Aqroservis” ASC-nin kombaynları tərəfindən 234057 hektar, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlar vasitəsilə isə 335659 hektar sahədə biçin aparılıb.

Paylaş:
283

Son xəbərlər

İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11
Bütün xəbərlər