Yevlaxda Azərbaycan Polisi günü qeyd edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yevlaxda Azərbaycan Polisi günü qeyd edilib - FOTO

14:26 - 02 / 07 / 2022
Yevlaxda Azərbaycan Polisi günü qeyd edilib - FOTO

Yevlaxda Azərbaycan polisinin yaranmasının 104-cü ildönümü münasibətilə tədbir keçirilib.

1news.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Rayon Polis Şöbəsində davam edən tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına təbriki oxundu.

Sonra çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, çətin və şərəfli vəzifələrində onlara uğurlar arzulayıb. Bildirib ki, 104 yaşlı daxili işlər orqanları bütün dövrlərdə xalqın və ölkənin təhlükəsizliyinin keşiyində etibarlı dayanıb, cinayətkarlığa qarşı qətiyyətli mübarizəni təşkil ediblər. Bu əlamətdar günün qeyd olunmasının əsası ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı Sərəncamla qoyulmuşdur. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb. Bu dövrdə ümummilli lider böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib.

Möhtərəm Prezidentimiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Bu gün ölkə başçısının diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərlərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldurlar.

Yevlax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Mehtiyev çıxış edərək bildirib ki, yarandığı gündən daxili işlər orqanlarının şərəfli xidmət yolu keçdiyini, polisin hər zaman dövlətçiliyimizə sadiq olduğunu və sabitliyin, əmin-amanlığın qorunmasında fədakar xidmət aparıblar.

Daha sonra çıxış edənlər Azərbaycan Polisinin 104 illiyi münasibətilə polis əməkdaşlarını təbrik edərək şəxsi heyətə gələcək fəaliyyətlərində də uğurlar arzulayıblar.

Sonda 2 İyul Polis işçilərinin peşə bayramı günü münasibəti ilə və rayon ərazisində cinayətkarlığa qarşı mübarizənin aparılmasında, ictimai asayişin qorunmasında fərqləndiklərinə görə bir qrup polis işçisinə Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı və qiymətli xatirə hədiyyələri təqdim olunub.

Paylaş:
376

Son xəbərlər

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26
Bütün xəbərlər