DİM sədri buraxılış və qəbul imtahanlarında 700 bal toplanılmaması məsələsinə münasibət bildirib | 1news.az | Xəbərlər
Cəmiyyət

DİM sədri buraxılış və qəbul imtahanlarında 700 bal toplanılmaması məsələsinə münasibət bildirib

14:30 - 02 / 07 / 2022
DİM sədri buraxılış və qəbul imtahanlarında 700 bal toplanılmaması məsələsinə münasibət bildirib

Buraxılış və qəbul imtahanlarından maksimal 700 bal toplanması ümumi prosesi xarakterizə etmir.

1news.az- ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, kütləvi prosesi xarakterizə edən əsas amil abituriyentin orta nəticələridir.

"Misal olaraq, 500 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayı daha vacib göstəricidir. Hər zaman qeyd etmişəm ki, 700 bal toplayan, yaxud da 699 bal toplayan abituriyentlər arasında heç bir pedaqoq fərq görməyəcək. Onlar eyni səviyyəli abituriyentlərdir. Burada ola bilsin ki, abituriyent hansısa bir texniki səhvə görə 700 bal toplamayıb. Bu, formal göstəricidir", - Sədr deyib.

M.Abbaszadə qeyd edib ki, buraxılış imtahanlarında daha çox müsbət tendensiyanı müşahidə edirik.

"Xüsusilə də Azərbaycan dili və ingilis dili fənnində bu müsbət amil qeydə alınır. Hələ ki, xoşagəlməz nəticələr riyaziyyat fənni üzrədir və bunu da açıq şəkildə deyirik. Hansısa bir detalı götürüb onu ümumi göstərici kimi ictimaiyyətə təqdim etmək lazım deyil. Bu il 11-ci sinfi bitirən şagirdlər ola bilsin riyaziyyatı ayrı dərsliklərdən keçiblər, yaxud onların riyaziyyat fənninin dərsliyi 7-8-ci sinifdə dəyişib. Burada daha dərində olan problemləri görmək lazımdır.

Buraxılış imtahanında maksimal 300 balı toplayanların qəbul imtahanında ikicəhdlik seçimdə iştirak etmək şansı var. Buraxılış imtahanında 300, qəbul imtahanının ilk cəhdində 399 bal toplayan abituriyentə ikinci cəhddə iştirakını rəva bilməzdim ki, mütləq 700 bal toplasın. Bu, ona heç lazım deyil. Çünki bu, ona fiziki cəhətdən ağır olacaq. Hər bir şəxs bu imtahanları verdikdə əvvəlcədən fikirləşməlidir ki, hansı istiqamətdə gedəcək və nə işlə məşğul olacaq... Bu suallar üzərində fikirləşməlidir. Biz bu istiqamətdə işləməliyik. Abituriyentləri mütləq şəkildə 700 bal toplamalısan basqısı altında saxlamaq olmaz. Lazım olmayan faktı müzakirə etmək doğru deyil. Daha mürəkkəb faktlar və məsələlər var. Bunun üçün elmi yanaşma lazımdır", - deyə M. Abbaszadə bildirib.

1news.az

Paylaş:
133

Son xəbərlər

Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb11 / 08 / 2022, 17:56Bakıda həbsxanada 5 məhkum öldü - ADLAR11 / 08 / 2022, 17:50Prezidentin evində axtarış aparılıb11 / 08 / 2022, 17:43Müslüm Maqomayevin xatirə gecəsi keçiriləcək - VİDEO11 / 08 / 2022, 17:38Bu ermənilər Zabuxdan Xankəndiyə köçür11 / 08 / 2022, 17:16“Ukraynadakı müharibə Rusiyanın hərbi sənayesini sarsıdıb” - Britaniya kəşfiyyatı11 / 08 / 2022, 17:09Nəzarətə götürülən Buzdux və digər yüksəkliklərdə mühəndis işləri görülür - VİDEO11 / 08 / 2022, 16:55Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb11 / 08 / 2022, 16:38Azərbaycanda daha 488 nəfər koronavirusa yoluxub - STATİSTİKA11 / 08 / 2022, 16:35FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib11 / 08 / 2022, 16:32Rusiyanın 2 silah anbarı məhv edildi11 / 08 / 2022, 16:30Daha iki güləşçimiz İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib11 / 08 / 2022, 16:23Təmayül siniflərin növbəti tədris ili üçün tədris planları təsdiq edilib11 / 08 / 2022, 16:07Oktyabrda TDT-yə üzv ölkələrin müsəlman dini liderlərinin Azərbaycanda görüşü olacaq11 / 08 / 2022, 16:01Məktəbəhazırlıq qruplarının dərs və tətil vaxtları açıqlanıb11 / 08 / 2022, 15:38Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib11 / 08 / 2022, 15:36Məktəbəhazırlıq qruplarının tədris planı təsdiq edilib11 / 08 / 2022, 15:34Bəzi yerlərdə temperatur 42 dərəcəyə çatacaq - XƏBƏRDARLIQ11 / 08 / 2022, 15:25Bir qrup QHT nümayəndəsi Azərbaycan səfirliyinə hücumu pisləyib11 / 08 / 2022, 15:22Qanunsuz ov edən şəxslər cəzalandırılıb11 / 08 / 2022, 15:16
Bütün xəbərlər

Next TV