Azərbaycan və Türkiyənin birgə idarə edəcəyi peşə məktəblərinin fəaliyyətə başlayacağı vaxt açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və Türkiyənin birgə idarə edəcəyi peşə məktəblərinin fəaliyyətə başlayacağı vaxt açıqlanıb

14:36 - 02 / 07 / 2022
Azərbaycan və Türkiyənin birgə idarə edəcəyi peşə məktəblərinin fəaliyyətə başlayacağı vaxt açıqlanıb

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol artıq hər iki ölkənin prezidentləri səviyyəsində təsdiqlənib. Protokola əsasən, Bakı şəhəri və Qəbələ rayonunda iki peşə təhsili mərkəzi birgə idarə olunacaq”.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Peşə Təhsili üzrə Agentliyin direktoru vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov bildirib.

Ceyhun Kərəmov deyib ki, peşə təhsili müəssisələrində 10-a yaxın ixtisas olacaq: Bu ixtisasları sırasına aşbazlıq, İT texnologiyaları, dizayn, tekstil və digərləri daxildir. Sözügedən sahələrdə birgə təhsil proqramları olacaq. Təhsil proqramları Türkiyə standartları nəzərə alınmaqla, Azərbaycan təhsil sisteminə uyğunlaşdırmaqla həyata keçiriləcək. Məqsədimiz bu il və növbəti təhsil ilində bu istiqamətdə fəaliyyəti həyata keçirməkdir. Artıq bununla bağlı işlərə start verilib. Bakı şəhərində yeni peşə məktəbi tikilməyə başlanılıb və gələn ildən tələbə qəbulu həyata keçirməyə başlayacağıq. Qəbələ rayonunda isə hazırda araşdırma aparırıq. Ola bilər ki, ya bu il, ya gələn il orda da qəbula başlanılsın".

1news.az

Paylaş:
269

Son xəbərlər

“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28
Bütün xəbərlər