Göygöldə dəhşətli qəzada 6 nəfər öldü - TƏFƏRRÜAT | 1news.az | Xəbərlər
Cəmiyyət

Göygöldə dəhşətli qəzada 6 nəfər öldü - TƏFƏRRÜAT

10:30 - 02 / 07 / 2022
Göygöldə dəhşətli qəzada 6 nəfər öldü - TƏFƏRRÜAT

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobilinin yük daşıyan DAF markalı TIR-la toqquşması nəticəsində 6 nəfər ölüb. Qəzada ölənlər "VAZ-2107"nin sürücüsü, 1994-ci il təvəllüdlü Hümbətov Orxan, onun həyat yoldaşı, 1996-cı il təvəllüdlü Hümbətova Sona, sürücünün övladı, 2020-ci il təvəllüdlü İbrahim və sərnişinlər, 2001-ci il təvəllüdlü Şahməmmədov Elsəvər Rövşən oğlu, 2009-cu il təvəllüdlü Yusibova Aylin Vüsal qızıdır. Ölənlərdən birinin şəxsiyyəti müəyən edilməyib.

Ölənlərdən 5 nəfərin bir ailənin üzvləri olduğu bildirilir.

İlkin araşdırmalar zamanı məlum olub ki, minik avtomobilini idarə edən Orxan Hümbətovun sürücülük vəsiqəsi olmayıb. O, Gəncədəki özəl xəstəxanaların birində çalışırmış.

O da məlum olub ki, hadisə nəticəsində ölən şəxslər Göygöl rayonunun Hacıkənd qəsəbəsi istiqamətində istirahətə gediblərmiş. Belə ki, sürücü Orxan Hümbətov Samux rayonunun Sərkər kənd sakini olub. O, həyat yoldaşı Sona Hümbətova (1996-cı il), 3 yaşlı oğlu İbrahim, qohumları - Bakı sakini Fidan Nemətli (2000-ci il), Gəncə sakini Aylin Yusifova (2009-cu il) və Goranboy sakini Elsevər Şahməmmədovla ( 2001-ci il) birgə istirahətdən qayıdarkən dəhşətli hadisə baş verib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
251

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb01 / 05 / 2024, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunur01 / 05 / 2024, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb01 / 05 / 2024, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədi01 / 05 / 2024, 14:57
Bütün xəbərlər