Türkiyədə torpaq sürüşməsində ölən azərbaycanlı sürücünün nəşi Vətənə yola salınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyədə torpaq sürüşməsində ölən azərbaycanlı sürücünün nəşi Vətənə yola salınıb

16:59 - 04 / 07 / 2022
Türkiyədə torpaq sürüşməsində ölən azərbaycanlı sürücünün nəşi Vətənə yola salınıb

Türkiyənin Artvin şəhərində baş verən torpaq sürüşməsində ölən azərbaycanlı sürücü Şahlar Kərimovun nəşi Azərbaycana yola salınıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu feysbukda yazıb.

Qeyd edək ki, Türkiyənin Gürcüstanla sərhədyanı bölgəsində - Artvin şəhərinin Hopa-Kemalpaşa yolunda baş verən torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. 3 yük maşını qayaların altında qalmışdı. Ölən şəxs 99-HY-188 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsinin sürücü Şahlar Kərimov olub.

Paylaş:
453

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər