AZAL gələn həftədən Bakı-Daşkənd-Bakı istiqaməti üzrə uçuşların sayını artırır | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL gələn həftədən Bakı-Daşkənd-Bakı istiqaməti üzrə uçuşların sayını artırır

Qafar Ağayev17:42 - 04 / 07 / 2022
AZAL gələn həftədən Bakı-Daşkənd-Bakı istiqaməti üzrə uçuşların sayını artırır

“Azərbaycan Hava Yolları” iyulun 25-dən başlayaraq Heydər Əliyev Beynəlxalq Aeroportundan Özbəkistanın paytaxtına həftədə 3 dəfə uçuşlar yerinə yetirməyə başlayacaq.

AZAL-dan 1news.az-a verilən məlumata görə, qeyd edilən tarixdən etibarən Bakı-Daşkənd-Bakı marşrutu üzrə aviareyslər həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Biletləri aviaşirkətimizin saytında və kassalarda əldə edə bilərsiniz.

Paylaş:
380

Son xəbərlər

Bütün xəbərlər