Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən piyada və sürücülərə MÜRACİƏT | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən piyada və sürücülərə MÜRACİƏT

Qafar Ağayev14:25 - 05 / 07 / 2022
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən piyada və sürücülərə MÜRACİƏT

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi piyada və sürücülərə müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli 1news.az-a deyib ki, yay mövsümü ilə əlaqədar paytaxt yollarındakı hərəkətlilik əsaslı şəkildə hiss olunmaqdadır:

“Bu da mövsümə xarakterik olaraq təbii qiymətləndirilir. İstər piyada qismində, istərsə də sürücülərin gündəlik hərəkətlərinin gecə saatlarına qədər davam etməsi yol hərəkəti qaydalarının pozulması və bu fonda bir sıra bədbəxt hadisələrin artmasına gətirib çıxarıb. Bu isə qabaqlayıcı tədbirlərin təxirə salınmadan icrasını zəruri edib. Gecə saatlarında piyada səkilərini zəbt edən, yüksək səslə ətrafdakı insanların istirahətini pozan sürücülər, eləcə də bəzən hərəkət sürətini şəhərdaxili yollarda artıran, lüzumsuz, bəzən də qadağan olunmuş səs siqnallarından istifadə edən, spirtli işçilərin təsiri altında sərxoş vəziyyətdə idarəetmə halları artıb. Eləcə də avtomobillərdə konstruksiya dəyişiklikləri, əlavə avadanlıqlar etməklə müdaxilələr və sair neqativ halların aşkarlanması ümumi ictimai asayişə mənfi təsir etməklə yanaşı piyada vurma və digər formalarda qəza şəraiti yaradan vəziyyətləri də artırıb. Bu növ halların qarşısının alınması məqsədilə Bakı Şəhər DYPİ gecə xidmətlərinin say həddini artırmaqla gücləndirilmiş qaydada xidməti təmin etməyə başlayıb. Vətəndaşlarımızdan ictimai asayişə, yollardakı hərəkət təhlükəsizliyinə, nəzərdə tutulan qaydalara məsuliyyətli yanaşmağı, qanunsuz hərəkətlərdən çəkinməyi, özünün və ətrafdakı insanların sərbəst hərəkətlərinə, istirahət hüquqlarının pozulmaması üçün çətinlik yaratmamağı, nizamlı və intizamlı olmağı, məsuliyyətsizlik zəminində haqlı narazılıq və narahatçılıq yaradan hallara yol verməməyi xahiş edirik!”

Paylaş:
370

Son xəbərlər

“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18
Bütün xəbərlər