Əli Əsədov və Samir Nuriyev işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əli Əsədov və Samir Nuriyev işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

21:54 - 05 / 07 / 2022
Əli Əsədov və Samir Nuriyev işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, iyulun 5-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət heyətin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri baş tutub.

AZƏRTAC xəbər verir ki, Baş nazir və Prezident Administrasiyasının rəhbərinin başçılıq etdiyi heyət əvvəlcə Tərtər rayonunun Suqovuşan qəsəbəsində Vətən müharibəsi şəhidlərinin şərəfinə ucaldılmış abidəni ziyarət edib. Daha sonra “Suqovuşan-1” Su Elektrik Stansiyası və Suqovuşan su anbarına baxış keçirilib, “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev və Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov tərəfindən Azərbaycan Prezidentinin tapşırıqları ilə bağlı görülən işlər barədə məlumatlar verilib. Daha sonra Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova Turizm İnkişaf Konsepsiyası ilə bağlı görülən işlər barədə məruzə edib.

“Azərişıq” ASC-nin sədri, Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov nümayəndə heyətinə icra edilən layihələr barədə ətraflı məlumat verib.

Heyət Suqovuşan qəsəbəsində turizm təyinatlı fərdi evlərdə aparılan təmir-bərpa işləri ilə də tanış olub. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov görülən işlər barədə təqdimat edib.

Heyət üzvləri, həmçinin Tərtər rayonunun işğaldan azad edilən Talış kəndində olublar. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev kəndin hazırlanan layihəsi barədə, Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova kəndin dövlət başçısının son tapşırıqlarına uyğun olaraq tərtib olunan Turizm İnkişaf Konsepsiyası barədə məlumat veriblər.

Daha sonra Ağdam istiqamətində yola düşən heyət üzvləri Bərdə-Ağdam dəmir yolunun, eləcə də Bərdə-Ağdam, Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yollarının tikintisi işləri ilə tanış olublar, görülən işlər barədə “Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Hicran Valehov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov məruzələr ediblər.

Şahbulaq qalasında görülən işlərlə tanışlıq zamanı Şahbulaq Turizm Kompleksinin layihəsi barədə məlumat verilib. Daha sonra ANAMA-nın Ağdam mobil sahə düşərgəsinə yola düşən iştirakçılar düşərgə və minatəmizləmə işləri ilə tanış olublar.

Ağdam şəhəri ərazisində heyət üzvləri “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinə baxış keçirib, daha sonra iqtisadiyyat naziri Mikayıl Cabbarov Ağdam Sənaye Parkında görülmüş işlər barədə heyətə ətraflı məlumat verib.

Heyət üzvləri, həmçinin Ağdamda inşa olunan yaşayış kompleksinin tikinti işləri ilə də tanış olub.

Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Ağdam Cümə məscidində görülən işlər barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Fondun icraçı direktoru Anar Ələkbərov ətraflı məlumat verib. Daha sonra təhsil naziri Emin Əmrullayev heyəti Ağdamda 1 saylı tam orta məktəbdə aparılan tikinti işlərinin gedişatı ilə tanış edib.

Səfərin sonunda Baş nazir və Prezident Administrasiyasının rəhbərinin başçılıq etdiyi heyət Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olublar.

Səfər müddətində baxış keçirilən bütün yenidənqurma və bərpa işlərinin, habelə infrastruktur layihələrinin Prezident İlham Əliyevin tapşırıqlarına uyğun yerinə yetirilməsi istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər və tövsiyələr verilib.

Paylaş:
229

Son xəbərlər

Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb11 / 08 / 2022, 17:56Bakıda həbsxanada 5 məhkum öldü - ADLAR11 / 08 / 2022, 17:50Prezidentin evində axtarış aparılıb11 / 08 / 2022, 17:43Müslüm Maqomayevin xatirə gecəsi keçiriləcək - VİDEO11 / 08 / 2022, 17:38Bu ermənilər Zabuxdan Xankəndiyə köçür11 / 08 / 2022, 17:16“Ukraynadakı müharibə Rusiyanın hərbi sənayesini sarsıdıb” - Britaniya kəşfiyyatı11 / 08 / 2022, 17:09Nəzarətə götürülən Buzdux və digər yüksəkliklərdə mühəndis işləri görülür - VİDEO11 / 08 / 2022, 16:55Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb11 / 08 / 2022, 16:38Azərbaycanda daha 488 nəfər koronavirusa yoluxub - STATİSTİKA11 / 08 / 2022, 16:35FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib11 / 08 / 2022, 16:32Rusiyanın 2 silah anbarı məhv edildi11 / 08 / 2022, 16:30Daha iki güləşçimiz İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib11 / 08 / 2022, 16:23Təmayül siniflərin növbəti tədris ili üçün tədris planları təsdiq edilib11 / 08 / 2022, 16:07Oktyabrda TDT-yə üzv ölkələrin müsəlman dini liderlərinin Azərbaycanda görüşü olacaq11 / 08 / 2022, 16:01Məktəbəhazırlıq qruplarının dərs və tətil vaxtları açıqlanıb11 / 08 / 2022, 15:38Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib11 / 08 / 2022, 15:36Məktəbəhazırlıq qruplarının tədris planı təsdiq edilib11 / 08 / 2022, 15:34Bəzi yerlərdə temperatur 42 dərəcəyə çatacaq - XƏBƏRDARLIQ11 / 08 / 2022, 15:25Bir qrup QHT nümayəndəsi Azərbaycan səfirliyinə hücumu pisləyib11 / 08 / 2022, 15:22Qanunsuz ov edən şəxslər cəzalandırılıb11 / 08 / 2022, 15:16
Bütün xəbərlər

Next TV