Son sutkada Azərbaycanda 2140 vaksin vurulub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Son sutkada Azərbaycanda 2140 vaksin vurulub - FOTO

Qafar Ağayev16:41 - 06 / 07 / 2022
Son sutkada Azərbaycanda 2140 vaksin vurulub - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 140 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 541, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 188, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 254, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 157 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 776 901, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 358 266, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 854 859, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 313 744, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 250 032 nəfər təşkil edir.

Paylaş:
636

Son xəbərlər

Bütün xəbərlər