Ayağını pəncərədən çıxarıb avtomobil idarə edən şəxs həbs edildi - VİDEO
Bakı şəhərində sürücü ayağını çölə çıxardaraq avtomobil idarə edib.
1news.az-ın məlumatına görə, “Toyota Prius” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəlllüdlü Murad Əşrəfov ayağını çölə çıxardaraq cəmiyyətə açıq hötmətsizlik edərək ətrafdakı sürücülər üçün təhlükəli vəziyyət yaratmaqla avtomobil idarə edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli 1news.az-a açıqlamasında bildirilib ki, həmin şəxs barəsində toplanmış material Yasamal Rayon Məhkəməsinə təqdim edilmişdir.
“İctimai qaydanı pozan şəxs artıq saxlanılıb və barəsində Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, 10 sutka inzibati həbs seçilib”.
Bir daha sürücülərdən və ümumən bütün hərəkət iştirakçılarından yol hərəkəti qaydalarına hörmətlə yanaşmağı və təhlükəsizlik qaydalarına qanun çərçivəsində münasibət göstərməyi və məsuliyyətli olmağı xahiş edirik!