Bakıda 11 nömrəli avtobusun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 11 nömrəli avtobusun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib

09:50 - 06 / 07 / 2022
Bakıda 11 nömrəli avtobusun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib

Bakıda 11 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkəti müvəqqəti olaraq Dəmiryolu Vağzalı istiqamətində dəyişdirilərək Təbriz küçəsi ilə təşkil edilib.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən 1news.az-a verilən məlumata görə, bunun səbəbi Əbdüləzəl Dəmirçizadə küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətin tətbiq edilməsidir.

Tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldıqdan sonra marşrutun əvvəlki sxem üzrə fəaliyyəti bərpa ediləcək.

1news.az

Paylaş:
612

Son xəbərlər

Bütün xəbərlər