Bakıda avtomobildən geyim əşyaları və təmir-tikinti alətləri oğurlayanlar saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda avtomobildən geyim əşyaları və təmir-tikinti alətləri oğurlayanlar saxlanılıb

11:20 - 06 / 07 / 2022
Bakıda avtomobildən geyim əşyaları və təmir-tikinti alətləri oğurlayanlar saxlanılıb

Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaraçuxur qəsəbəsi ərazisində “VAZ-21011” markalı bir avtomobildən 2230 manat dəyərində geyim əşyaları, təmir-tikinti alətləri və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri M.Babazadə və əvvəllər məhkum olunmuş Q.Babayev saxlanılıblar.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Şəxsi axtarış zamanı onlardan heroin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

1news.az

Paylaş:
233

Son xəbərlər

Bütün xəbərlər