Xaçmaz rayonunda elektrovoz piyadanı vurub

İyulun 9-da saat 1 radələrində Xaçmaz rayonunun Qusarçay kəndi ərazisindən keçən dəmir yolu xəttində Bakı şəhər sakini C.Məmmədov idarə etdiyi elektrovozla kənd sakini Rəşad Vəlibəyovu vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, nəticədə R.Vəlibəyov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
574