Şabranda baş verən yanğınla əlaqədar 1 nəfər məsuliyyətə cəlb edilib
Şabran RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı hadisənin məsuliyyətsizlikdən və ehtiyatsızlıqdan baş verdiyi müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə, Belə ki, rayon sakini Elnur Nuriyev ona məxsus əkin sahəsindən keçən elektrik naqillərində və işıq dirəyində problem olmasına baxmayaraq heç bir tədbir görməyib, eləcə də aidiyyatı qurumları məlumatlandırmayıb.
Polis əməkdaşları tərəfindən E.Nuriyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 244-1-ci (Əkin yerinin yandırılmasına görə) maddəsinə uyğun olaraq inzibati qaydada pratokol tərtib edilib və araşdırılması üçün aidiyyatı üzrə Kənd Təsərrüfatı Nazirliyinə göndərilib.
380