Sabah 42 dərəcə isti olacaq - PROQNOZ | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah 42 dərəcə isti olacaq - PROQNOZ

12:32 - 12 / 07 / 2022
Sabah 42 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək, şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti olacaq.

Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 8-13° isti, gündüz 25-30° isti olacaq.

Paylaş:
411

Son xəbərlər

Bütün xəbərlər