Türkiyə səfiri Polad Həşimovla bağlı paylaşım edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyə səfiri Polad Həşimovla bağlı paylaşım edib

14:04 - 14 / 07 / 2022
Türkiyə səfiri Polad Həşimovla bağlı paylaşım edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovla bağlı paylaşım edib.

1news.az xəbər verir ki, səfir bu barədə “Twitter“də bildirib.

“Qarabağ Zəfərinin fitilini alovlandıran qəhrəman komandir Polad Həşimovun şəhid olmasının ildönümündə xatirəsini rəhmətlə anırıq. Səmayə anaya, qardaşı, bacısı, həyat yoldaşı, övladları, silah yoldaşları, qəhrəman Azərbaycan Ordusuna və xalqına başsağlığı veririk, cansağlığı arzulayırıq”, - diplomat qeyd edib.

Paylaş:
264

Son xəbərlər

Bütün xəbərlər